Mer.Az xəbər verir ki, “Real” partiyası dövlətə təqdim etmək üçün yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsində pulsuz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi kimi təkliflərin irəli sürülməsi nəzərədə tutulub. 

Bu barədə partiyanın sədri İlqar Məmmədov şəxsi “FACEBOOK” səhifəsində yazır:

” Pulsuz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında qanun layihələrimizin dövlətə təqdim olunması üçün Konstitusiyasnın 96`cı maddəsinə uyğun olaraq #40minimza toplayırıq. Öz imzamı atdım. İstərdik ki, mümkün qədər çox təşkilat və şəxs bu kampaniyanı dəstəkləsin. Həm burda, həm də xaricdə yaşayan vətəndaşlarımız imza formalarını bu gün axşamdan etbarən 40min.biz saytından çap edib dolduraraq bizə gətirə bilərlər ya da poçtla/yaxın adamı ilə bizə göndərə bilərlər. Ofisə də gəlib imza atmaq olar. Əlavə məlumatlar saytda var”

Qeyd edək ki, “Real”ın dövlətə təqdim edəcəyi qanun layihəsinin qəbul edilməsi üçün 40.000 imza toplanmalıdır.

Mer.Az

Fəxriyyə Əyyubzadə