Dünyaca məşhur media mərkəzlərindən olan BBC dünyanın 100 qadınına həsr edilmiş reportaj hazırlayıb. Bu sıralamada yer tutan qadınlar dünyanın müxtəlif ölkələrindən və müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlardır.

Ən maraqlı məqam isə seçilmiş 100 qadının sıra cədvəlində həmyerlimiz Reyhan Camalovanın da yer alaraq, 43-cü pillədə qəraralaşmasıdır. R.Camalova bu barədə şəxsi hesabında paylaşım edərək bildirib:

“Günümün xoş xəbəri!!

“Hal-hazirda BBC tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olmaq sevincini yaşıyıram”!

Qeyd edək ki, Reyhan Camalova  barədə bir müddət öncə “Forbes” jurnalı da məlumat yazmışdır.

Mer.Az saytı olaraq biz də R.Camalovanı təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.

Mer.Az