Bakıda avtobusda kişi cinsiyyət orqanını qadınlara göstərib.Seksual manyakın həbs olunması tələb olunur

165

Bakıda sərnişin avtobusunda seksual manyak peyda olub.

Mer.Az xəbər verir ki, Unikal.org-a müraciət edən Xatirə xanım (adı şərtidir) dünən Bakıda avtobusda başına gələnləri danışıb.

O bildirib ki, paytaxtın Neftçilər metrosu stansiyası yaxınlığından Bakıxanov qəsəbəsinə getmək üçün 76 saylı marşurt xətti ilə hərəkət edən avtobusa minib. Bir qədər sonra 45-50 yaşlarına bir əks cinsin nümayəndəsi əyləşib. Hadisə isə bundan sonra baş verib. Belə ki, həmin şəxs qadının yanında şalvarının qabağını açaraq cinsi orqanını çıxarıb və nəlayiq hərəkətlər etməyə başlayıb. Bunu görən xanım hadisəni çəkdikdən sonra yerini dəyişib. Daha sonra isə həmin seksual manyak başqa iki qadının yanında da eyni murdar əməlini davam etdirib”.

Qadın hüquq-mühafizə orqanlarından seksual manyakın tutulub, həbs olunmasını istəyir