“Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən Mənsur ZeynalovFərhad ƏmiraslanovRauf Əliyev və Seyfulla Seyfullayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Zeynalovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya, Fərhad Əmiraslanovun cəzası 5 ildən 2 ilə, S.Seyfullayevin cəzası isə 5 ildən 3 ilə endirilib. Həmçinin S.Seyfullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, ona şərti cəza verilib və azadlığa buraxılıb.

Məhkəmədə elan olunub ki, R.Əliyev kassasiya şikayətini geri götürüb.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. Sabiq deputat Dünyamin Xəlilov və digərləri ümumilikdə 50 milyon manat vəsaiti mənimsəmədə təqsirli biliniblər.

Bu iş üzrə D.Xəlilovla yanaşı Fərhad ƏmiraslanovSeyfulla SeyfullayevŞakir MusayevRuslan ƏsgərovMənsur ZeynalovRauf Əliyev də ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il, M.Zeynalov, F.Əmiraslanov və S.Seyfullayevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs olunub. Ş.Musayev, R.Əsgərov və R.Əliyevin barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəzaverilib.

D.Xəlilovun əmlakı “AqroKredit” ASC-yə, Beynəlxalq Banka və Vergilər Nazirliyinə mülki ziyanın ödənilməsinə yönəldilib. Hökmdən narazı qalan D.Xəlilov və digərləri apellyasiya şikayəti verib. O, barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini və ona bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib. Digər təqsirləndirilən M.Zeynalovun cəzası 5 ildən 4 ilə endirilib. Daha sonra M. Zeynalov, F.Əmiraslanov, R.Əliyev və S.Seyfullayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.