MER.az xəbər verir ki, Əli Tənha adlı gənc şair həyatına qəsd edib. Onun ilik xərçəngindən əziyyət çəkdiyi bildirilir.

Həkimlər Əliyə 6 ay yaşayacağı ilə bağlı diaqnoz qoyublar. Yaxınlarının dediklərinə görə 6 ayın 4 ayını dəhşətli ağrılarla keçirən Əli çəkdiyi ağrılara dözməyərək intihar edib. Gənc şairin intiharına səbəb kimi də ona qoyulan diaqnoz göstərilir.

Qeyd edək ki, Əli Tənha intihar etməzdən əvvəl sosial şəbəkədə hər kəslə vidalaşıb.