12 noyabr 2018-ci ildə Qafqaz Baku City Hotel and Residences-də  Education HUB-ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin ictimai təqdimatı keçirilib.

 Layihənin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. “İnkişaf Zamanı” proqramı çərçivəsində gənclər tərəfindən erkən nikahların qarşısının alınması üçün maarifləndirici sessiyalar, ekologiya, sosial şəbəkələrin zərərləri, kitab oxuma vərdişlərinin aşılanması, nifrət nitqinin qarşısının alınması üçün  forum teatrı, uşaq evindən olan məktəblilər üçün intellektual oyunlar təşkil olunub və müxtəlif qısametrajli maarifləndirici filmlər və videoçarxlar hazırlanıb.

 

3 ay müddətində həyata keçirilən layihələr zamanı Azərbaycanın müxtəlif bölgə və universitetlərindən olan gənclər bir araya gələrək, incəsənət vasitələrindən istifadə edərək sosial problemləri işıqlandırıblar.