Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mer.Az-ın “Report”a istinadən məlumatına görə, şəhərin “Karusel” adlanan ərazisində 1964-cü il təvəllüdlü yerli sakin Mirzəyeva Məlahət Şəfi qızını avtomobil vurub.

Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.