Mer.Az xəbər verir ki, “Savalan” qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu bu gün səhər saatlarında “ürək tutma” diaqnozu ilə gözlərini həyata əbədi olaraq yumub.

“Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edən N.Novruzlu bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Onu ifasında səsləndirilən bir sıra mahnılar bu gün xalq tərəfindən sevilir.

Mer.Az saytı adından mərhum sənətçiyə rəhmət, yaxınlarına isə səbr diləyirik.

Ruhu şad olsun!

Mer.Az

Fəxriyyə Əyyubzadə