Qadınlar hər zaman öz geyimləri ilə gündəm yarada, ictimai qınaq obyektinə çevrilə və ya kimlərəsə nümunə göstərilə bilirlər.  Bəs qadınlar əslində necə geyinməlidirlər və ya açıq-saçıq geyinən qadınlara kişilərin münasibəti necədir?

Bu sualların cavabını öyrənmək üçün MER.az saytı  kişi jurnalistlər arasında SORĞU keçirib.

Sorğunun nəticələrini və kişilərin maraqlı cavabını təqdim edirik.

Əziz Əlibəyli-Faktor.az saytının baş redaktoru.

Geyim artıq ictimai əhəmiyyət kəsb etmir. Şəxsi məsələdir. Şəxsi məsələ olduğu üçün də müzakirə ediləcək bir tərəfi yoxdur. Geyim daşınma norması istisna deyilsə, mənsub olduğu idarənin daxili normaları ilə tənzimlənmirsə, kimin nə geyindiyi, necə geyindiyi müzakirə edilə bilməz. O cümlədən bu, açıq-saçıq geyinənlərə aiddir.

Qaldı “Qadın necə geyinməlidir” sualına. Öz cavabım sadədir: Yaraşan hər nə varsa.

Elmir Muradov – jurnalist

Söhbət Azərbaycan qadınından gedirsə, birinci növbədə geyimində açıq-saçıqlığın olmamasına fikir verilməlidir. Açıq-saçıqlığı qorumaq şərti ilə fikrimcə bütün qadınlarımız nə geyinsə, yaraşar. Çünki, Azərbaycan xanımları doğurdan da gözəldir. Ona görə də, daha çox qadında tebii gözəlliyin tərəfdarıyam. Yəni hər şeyin, həm geyimin, həm də kosmetikanın qədərində edilməsini istəyərəm. Fürsətdən də istifadə edib dünyanın ən gözəl xanımlarından olan Azərbaycan qadınlarını qarşıdan gəlın yeni il və dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edirem, zərif cinsin nümayəndələrinə daim gözəl, təravətli qalmalarını arzu edirem.

Elşad Məmmədli-“Yeni Müsavat” qəzetinin redaktoru

Mənim hər zaman bir cavabım var buna – İstər qadın, istərsə də kişi estetik baxımdan ikrah doğurmayan şəkildə və özünə yaraşanı geyinməlidir. Unutmaq lazım deyil ki, insanı dünyanın hər yerində geyiminə görə qəbul edib, danışığına görə yola salırlar.

Cavanşir Abbaslı-“Yeni Müsavat” qəzetinin siyasi yazarı

Qadın necə istəyirsə, o cür də geyinməlidir. Bu onun seçimidir. Düşünürəm ki, hər bir qadın özünə hörmət edib, ona uyğun da geyinməlidir. Bu cəhətdən xanımlara seçim haqqı tanınmalı, azadlıq verilməlidir. Amma istənilən halda ifrata varmağın tərəfdarı deyiləm, həmçinin qadınlarının geyimində…

MER.az

Əyyubzadə Fəxriyyə