Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin müşaviri Rusiyadan ekstradisiya edilib.

Mer.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, İkramjan İlmiyanov Moskvada həbs olunaraq Bişkekə göndərilib.

“Şahidlərin sözlərinə görə,  İlmiyanov təyyarədə mülki geyimli adamların müşayiəti ilə əli qandallı aparılıb”.

Qeyd edək ki, İ.İlmiyanov 150 min dollar məbləğində rüşvət almaqda şübhəli bilinərək axtarışda olub.