Dünən Horadiz əməliyyatının 24 illiyinə həsr edilmiş bir tədbirə qatıldıq. Həmin tədbir iştirakçıları olaraq öncə Şəhidlər Xiyabanını ziyarət etməli olduq. Bu vacib idi. Şəhidlərimizi unutmaq olmaz!

Mən ayaq üstə olanda bunun fərqinə varmamışdım, amma dünən mənə ən çox mənfi təsir edən bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Əzizlərim “ŞƏHİDLƏR XİYABANI” bizim and yerimiz, qurur mənbəyimizdir. Onları ziyarət etməyə hər birimiz borcluyuq. Lakin əlil arabasında olan bir şəxs bunu heç cür edə bilməz. Necə ki, biz əlil arabasında olan bir neçə nəfər düz qapısına qədər getdik, amma əlil arabasında olduğumuz üçün onların qəbrlərini ziyarət edə bilmədik. Çünki, qarşımızda çox saylı pillələri olan pilləkən var idi. Həmin pillələri əlil arabası ilə qalxmaq bildiyiniz kimi mümkünsüzdür. Əsrimiz elm və texnikanın inkişafının tərəqqisi əsri, kompyuterləşmə əsri sayılır. Dünyanın hər yerində əlillərin normal hərəkətini təmin etmək məqsədilə ictimai yerlərdə, onların rahatlığını təmin etməkdən ötrü xüsusu avadanlıqlar quraşdırılmışdır. Əcəba, bizim nəyimiz çatmır? Ən müqəddəs ziyarətgahlarımızdan biri olan Şəhidlər Xiyabanına əlillərin rahat ziyarət etmələrini təmin etmək üçün bir liftin ora quraşdırılması çoxmu vəsait tələb edir?

Əgər bir liftin quraşdırılması bu qədər çox vəsait tələb edirsə dövlət qulluqçularımız (xüsusın rəhbər vəzifələri tutanlar, nazirlər) villalarına quraşdırdıqları liftlərin vəsaitini hardan əldə edirlər? Yoxsa ölkədən çıxarmırlarmı? (misal üçün Fazil Məmmədov və onun icra başçısı olan qohumu və onların timsalında olanlar)

Niyə həmin vəsaitin cüzi hissəsini Şəhidlərimizin məzarlarını ziyatətinə gəlmiş əlillərin sərbəst hərəkətinə xərcləmirlər?

Bütün bu sualların cavabını almaq üçün MER.AZ saytı olaraq aidiyyatı qrumlara, xüsusilə Bakı şəhər icra hakimiyyətinə sorğu göndərəcəyik .

MER.AZ saytının baş redaktoru: R.Quliyev.

Refail Quliyev adlı şəxsin şəkli.

Refail Quliyev adlı şəxsin şəkli.