"Tarixi torpaqlarımız - Göyçə, Zəngəzur, İrəvan  mövzusunda dəyirmi masaların təşkili və kitabın nəşri" layihəsi çərçivəsində keçrilən müsabiqənin qalibləri elan edildi
Bu gün, 21 noyabr 2018-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Tarixi torpaqlarımız – Göyçə, Zəngəzur, İrəvan mövzusunda dəyirmi masaların təşkili və kitabın nəşri” layihəsi çərçivəsində keçrilən müsabiqənin qalibləri elan edildi.
Tədbiri təşkilatın sədri Taleh Əliyev açaraq bildirdi ki, “Cənubi Qafqaz ərazisində heç zaman erməni dövləti olmamışdır. XX əsrin əvvəllərində erməni havadarlarının ciddi dəstəyi nəticəsində Azərbaycan xalqının iradəsinə zidd olaraq tarixi Azərbaycan əraziləri olan İrəvan, Göyçə və Zəngəzurda erməni dövləti yaradılmışdır. Bu tarixi ədalətsizliyi ifşa etmək və xalqımızın pozulmuş hüquqlarının bərpa edilməsi üçün dövlət və cəmiyyət olaraq bu mövzunu daim gündəmdə saxlamalıyıq. Bunun üçün də biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə jurnalistlər və araşdırmaçılar arasında müsabiqə elan etmişdik. Müsabiqəyə sentyabr və oktyabr ayı ərzində xeyli jurnalist və araşdırmaçı tərəfindən yazılar təqdim edildi. Yazılar çox olduğundan biz yalnız müsabiqədə yer tutan yazıları kitab formasında nəşr etdik. Bilirsiniz ki, hər bir layihənin büdcəsi donorla əvvəlcədən razılaşdırılır. Bizim layihə çərçivəsində də kitab nəşri üçün nəzərdə tutulmuş vəsaitlə 100 səhifəyə qədər olan kitab nəşr etmək mümkün idi. Biz istəmədik ki, digər yazıların bir qismini nəşr edək, bir qismini yox. Ona görə də sonda belə qərara gəldik ki, yalnız müsabiqədə yer tutan yazılar əsasında kitabımızı nəşr edək. Mən müsabiqəyə qatılan bütün iştirakçılara öz minnətdarlığımı bildirirəm və ümüdvaram ki, onlar bizim bu seçimimizə hörmətlə yanaşacaqlar. Mən əvvəldə də qeyd etdim ki, dövlət və cəmiyyət olaraq hər zaman bu mövzunu gündəmdə saxlamalıyıq. Bu müsabiqəyə qatılan insanların fəaliyyətinə də mən bu aspekdən qiymət verir və bir daha hər birinə öz təşəkkürümü bildirirəm”.
Sonra münsüflər heyəti adından Rəfail Tağızadə danışaraq bildirdi ki, “Qalibləri müəyyənləşdirmək bizim üçün çox da asan olmadı. Yazılar hamısı maraqlı və faktlarla zəngin idi. Amma hər bir müsabiqə kimi bu müsabiqənin sonunda onun şərtlərinə uyğun seçim olmalı idi. Mən seçimimizi ideal hesab etməsəm də amma sizə deyə bilərəm ki, biz ən yaxşılarını seçmək prinsipi ilə hərəkət etdik və adları açıqlanacaq qalibləri müəyyənləşdirdik. Mən də öz adımdan bütün iştirakçılara təşəkkür, qalibləri isə təbrik edirəm”.
Sonra layihə rəhbərinin köməkçisi Fəxriyyə Əyyubzadə qaliblərin adını açıqladı. Birinci yerin qalibi Elman Abbasov, ikinci yerin qalibləri Rüfət Muradlı və Elnur Eltürk, üçüncü yerin qalibləri isə Şöhrət Eyvazov, Mehriban Sadıqova və Səidə Hüseynova oldu.
Daha sonra tədbirdə iştirak edən şəxslər mövzu ilə əlaqədər öz fikirlərini və təkliflərini bildirdilər.

Mer.Az

Fəxriyyə Əyyubzadə